Prezidentin yaratdığı yeni qurum hansı işləri görəcək? –   Nazirlikdən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yaratdığı yeni qurum hansı işləri görəcək? – Nazirlikdən AÇIQLAMA

Sosial

05 İyul 2019 10:51 1173


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Fərman imzalayıb.

ƏƏSMN-in mətbuat katibi “Yeni Sabah”a bu qurumun fəaliyyət dairəsinin nədən ibarət olduğunu açıqlayıb.

Nazirlik nümayəndəsi bildirib ki, Milli Observatoriya əmək bazarına dair zəruri məlumatların toplanması və təhlillərin daha şəffaf və keyfiyyətli həyata keçirilməsi yolu ilə əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsini həyata keçirəcək:

“Ölkəmizdə əmək bazarında mövcud vəziyyətin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının həm kəmiyyət, həm də keyfiyyət parametrləri nəzərə alınaraq mükəmməl proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir”.

O qeyd edib ki, həmçinin, strateji məşğulluq sahələrinin müəyyən edilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi, kadr tələbatının proqnozlaşdırılması sahələrində Observatoriya mühüm rol oynayacaq:

“Observatoriya sosial müdafiə sahəsini də əhatə edəcək.  Bu sahədə geniş təhlil və araşdırmaların aparılması, dəqiq proqnozlaşdırmaların həyata keçirilməsi işlərini yerinə yetirəcək, bununla sosial müdafiə sistemində idarəetmənin təkmil əsaslarda qurulması yönündə aparılan islahatların effektli təşkilinə institusional əsaslarda öz dəstəyini göstərəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!