Prezidentliyə keçmiş namizəd deputat olmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Prezidentliyə keçmiş namizəd deputat olmaq istəyir

Siyasət

25 İyun 2024 13:24 558


Parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların ölkə başçısına müraciət etməsindən sonra Milli Məclisə seçkilərin vaxtından öncə keçiriləcəyi dəqiqləşdi. Artıq bir sıra partiya və təşkilatlar gözlənilən növbədənkənar parlament seçkilərinə hazırlaşmağa başlayıb. 

Fevralda baş tutan növbədənkənar prezident seçkilərində namizəd olmuş Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenisabah.az-a bildirib ki, hazırda partiya olaraq növbəti parlament seçkilərinə hazırlaşırlar:

"Bildiyiniz kimi, parlamentin özünü buraxması xəbəri artıq öz təsdiqini tapdı. Bu barədə Yeni Azərbaycan Partiyası İdarə Heyəti qərar qəbul etdi və bununla bağlı parlamentə müraciət etdi. Eyni formada parlament ölkə başçısına müraciət etdi və bundan sonra prezident növbədənkənar parlament seçkilərinin gününü təyin edəcək. Siyasi partiyaların vəzifəsi bir seçki bitən kimi, digərinə hazırlaşmaqdır. Məlum olduğu kimi, fevral ayında növbədənkənar prezident seçkiləri oldu. Bu seçkilərdə parlamentdə təmsil olunmayan siyasi partiyaların içərisindən təkcə Böyük Azərbaycan Partiyası iştirak etdi”.  Pepperoni pizza

Elşad Musayev partiyadan kimlərin hansı dairədən seçkilərə qatılacağı ilə bağlı müzakirələrin getdiyini qeyd edib: 

“Hesab edirəm ki, bizim həmin vaxt verdiyimiz qərar doğru idi. Təbliğat və təşkilat strukturunun möhkəmlənməsi baxımından çox böyük əhəmiyyət daşıyırdı. Biz bu seçkiləri vasitəsi ilə xeyli təbliğat imkanları əldə etdik. Bu həm də hazırda gözlənilən parlament seçkilərinə bir növ hazırlıq mərhələsi oldu. Təbii ki, hazırda Böyük Azərbaycan Partiyası növbəti parlament seçkilərinə hazırlaşır. Partiyanın rəhbər orqanları namizədlərin sayı, seçki dairələri ilə bağlı qərar verəcək”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!