Prezidentliyə namizəd: “Hər gecə içməsəm...”

saytların hazırlanması

Evə çatdırılma

Prezidentliyə namizəd: “Hər gecə içməsəm...”

Maraqlı

29 Yanvar 2024 13:28 1803


7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin evinin mətbəxində çəkdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Pravda.az xəbər verir ki, R.Nurullayev həmin görüntüləri öz rəsmi “Facebook” hesabında “prezidentliyə namizəd mətbəxdə” başlığı ilə ictimailəşdirib. 

O, videoda hər gün yatmazdan əvvəl hazırladığı kivi-limon reseptini izləyiciləri ilə bölüşərək qeyd edib:  Dominos pizza

“Milli Məclisin deputatı və prezidentliyə namizədin həyatı bizim insanlarımız üçün də maraqlıdır. Evə çox gec gəlirəm, gün ərzində gərgin oluram. Yatmazdan əvvəl özüm üçün resept hazırlayıram. Onu yeyib yatıram ki, bir az rahat yatım. Həm də sağlamlıq, sağlam həyat tərzi üçün vacibdir”. 

Onun bu paylaşımı bəziləri tərəfindən səmimi, sadəlik nümunəsi kimi qəbul edilib, maraqla qarşılanıb, lakin tənqid edənlər də az olmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!