Prezidentliyə namizədlərin debatında Kamala qalib gəldi 

saytların hazırlanması

Evə çatdırılma

Prezidentliyə namizədlərin debatında Kamala qalib gəldi 

Siyasət

12 Sentyabr 2024 12:01 396


Amerikada keçirilən bəzi ictimai rəy sorğularının ilkin nəticələrinə əsasən, ABŞ prezidentliyinə namizədlərin debatında demokrat Kamala Harris respublikaçı rəqibi Donald Trampa qalib gəlib. 

Yenisabah.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, ictimai rəy sorğularının təhlili üzrə ixtisaslaşan FiveThirtyEight bildirib ki, debatı izləyənlərin 57 faizi Harrisin, 34 faizi isə Trampın çıxışını müsbət qiymətləndirib. 

CNN/SSRS sorğusuna əsasən, respondentlərin 63 faizi Demokratlar Partiyasının namizədini, 37 faizi eks-prezidenti qalib hesab edib. YouGov kompaniyası Harrisə 54 faiz, Trampa isə 31 faiz dəstək olduğunu bildirib.  Marqarita pizza

Beləliklə, ABC qeyd edir ki, orta hesablamalara görə, respondentlərin 54 faizinin fikrincə, debatın qalibi Harris olub, rəyi soruşulanların 34 faizi isə Trampı qalib hesab edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!