Moskva və Bakı Azərbaycandakı "Rus Evi" ilə bağlı kompromis axtarırlar, hamı konstruktiv və işin bərpa olunacağına nikbindir.
Yenisabah.az xəbər verir ki,bunu "Rossotrudniçestvo" rəhbəri Yevgeni Primakov bildirib.
"Biz Azərbaycan tərəfi ilə kompromis axtarmaqda davam edirik. Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv mövqedəyik və kifayət qədər nikbinik ki, hələ də kompromis tapacağıq və tammiqyaslı iş bərpa olunacaq", - Primakov "Russia Today" media qrupunun mətbuat mərkəzində bildirib. pizza
O əlavə edib ki, Rusiya və Azərbaycan əvvəllər "Rusiya Ev"inin qeydiyyatı formatını müzakirə ediblər: hüquqi şəxs və ya QHT kimi.
"Bakıdakı "Rus Evi" uzun illərdir ki, Azrbaycan hökuməti qarşısında bütün zəruri, o cümlədən hüquqi öhdəlikləri yerinə yetirərək uğurla fəaliyyət göstərir. Bununla belə, informasiya və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında 1997-ci il tarixli hökumətlərarası sazişdə açıq şəkildə qeyd olunub ki, bu mərkəz Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir".
Nazim Hacıyev
Telegram kanalımız