Primakov təsdiqlədi: “Bakıdan nota almışıq, amma zənglərimiz həmişə cavabsız qalıb”

saytların hazırlanması

Evə çatdırılma

Primakov təsdiqlədi: “Bakıdan nota almışıq, amma zənglərimiz həmişə cavabsız qalıb”

Siyasət

06 Fevral 2025 15:29 443


“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda Rusiya mədəniyyət mərkəzinin ("Rus Evi") qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, “Rossiya-24” telekanalının efirində bildirib.

Notada deyilir ki, nümayəndəliyimiz, xalq arasında "Rus Evi" kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi, yerli qanunvericiliyə əsasən, hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir", - deyə Primakov vurğulayıb. pizza hut

“Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyi, nümayəndəliyimiz və Xarici İşlər Nazirliyi bu illər ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Xarici İşlər Nazirliyinə qeydiyyata köməklik göstərilməsi xahişi ilə dəfələrlə müraciət edib. Biz bunu etməyə həmişə hazır olmuşuq, lakin zənglərimiz həmişə cavabsız qalıb”.

Primakov əlavə edib ki, Bakıda “Rus evi”nin işi ilə bağlı qərar səlahiyyəti həmişə Azərbaycanın tərəfində olub.

Bakıdakı "Rus Evi" Rossotrudniçestvo-nun maraqlarını təmsil edir. O, 1997-ci il iyulun 3-də Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş əsasında yaradılıb.

"Rus Evi"nin işinin əsas istiqamətləri Rusiya mədəniyyətinin, elminin və təhsilinin təbliği, rus dilinin mövqeyinin möhkəmləndirilməsi, həmvətənlərə dəstək, gənclərin layihələri, beynəlxalq inkişafa kömək, tarixi və xatirə fəaliyyətləri elan edilmişdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!