Priqojin Belarusda ortaya çıxdı 

saytların hazırlanması

Evə çatdırılma

Priqojin Belarusda ortaya çıxdı 

Maraqlı

26 İyun 2023 20:55 1507


"Vagner" muzdlularının rəhbəri Yevgeni Priqojin Belarusda ortaya çıxıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə rus teleqram kanalları məlumat yayıb. 

"Brief" kanalının məlumatına görə, o, Minskdəki "Green City" hotelində görülüb.  Dördpendirli pizza

Rusiyanın RTVI telekanalı hotellə əlaqə saxlasa da, müəssisə müştəri məlumatlarının konfidensiallığını əsas gətirərək faktı təsdiqləməyib. 

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!