Priqojinin öldüyü qəzanın görüntüləri: fakt üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Priqojinin öldüyü qəzanın görüntüləri: fakt üzə çıxdı

Hadisə

24 Avqust 2023 08:23 28439


Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayan şəxsi təyyarənin qalıqlarındakı dəliklər biznes-jetin vurulduğu ehtimalını gücləndirib.

“Yeni Sabah” Axar.az-a istinadən bildirir ki, bu barədə "CaucasianLive" kanalı fotolar paylaşıb.

Bildirilib ki, bu dəliklərin zenit sistemlərindən açılan atəş nəticəsində yarandığı iddia edilir. pizza sifarişi

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa gedən şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısının öldüyü bildirilir.

"Rosaviasiya" Priqojin və onun sağ əli, "Vaqner"in komandirlərindən olan Dmitri Utkinin qəzaya uğrayan təyyarədə olduğunu təsdiqləyib.

Şahidlərin sözlərinə görə, təyyarə qəzaya uğramazdan öncə iki dəfə güclü partlayış səsi eşidilib. Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu da iddia edilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!