“Problem bizdə yox, “Bayer”də idi” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Problem bizdə yox, “Bayer”də idi” - Qurban Qurbanov

İdman

27 Oktyabr 2023 08:15 7857


“Çox yaxşı bir komandaya məğlub olduq. Mən bu komandanı sadəcə, təbrik edə bilərəm. Gözəl futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik”. 

“Yeni Sabah” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Bayer”ə 1:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib. 

“Futbolçularım çox əziyyət çəkdilər. Rəqib topla çox yaxşı davranırdı. Bunu əvvəldən də görmüşdük. Bu gün bir daha şahid olduq ki, səviyyə fərqi var. Qısa olaraq deyim ki, problem bizdə deyildi, onlarda idi. Həddindən artıq çox yaxşı komandadır. Bütün xətlərdə ustalıq səviyyəsi aşağıda olan futbolçu yox idi. Bundan başqa, oyun sistemlərini də yaxşı yerinə yetirirdilər” - Qurbanov bildirib.  Dördpendirli pizza

Qurban Qurbanov “bu səviyyəyə çatmaq üçün nələr etmək lazımdır?” sualına isə belə cavab verib:

 “Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Bunu burada müzakirə etmək vaxtı deyil. Bunu öz ölkəmizdə etsək, daha yaxşı olar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!