“Prodüser efirdə Əli Mirəliyevin yalanını üzə çıxardı”-   Video

saytların hazırlanması

Evə çatdırılma

“Prodüser efirdə Əli Mirəliyevin yalanını üzə çıxardı”- Video

Şou

18 İyun 2019 10:33 1240


ARB TV-nin “Səhər-Səhər” proqramında verilişin aparıcısı, müğənni Əli Mirəliyevlə prodüsser Pənah Eldaroğlu arasında gərginlik yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, prodüsser Əli Mirəliyevin ifa etdiyi “Yaman darıxmışam” adlı mahnının əsl məllifinin Alim Məmmədli olduğunu deyib:

“İfa etdiyiniz mahnının bəstəkarı sizin tələbəniz, Alim Məmmədlidir. Sözügedən mahnının klipini mən çəkmişəm, tarixçəsin əla bilirəm. Alim utancaqdır. Belə şeyləri deməyə çəkinir. Alimlə telefonla əlaqə saxlayıb öyrənə bilərik”. Marqarita pizza

Əli Mirəliyev isə etiraz edərək mahnının musiqisinin ona aid olduğunu deyib:

“Alim mənim tələbəmdir. Mən onu elə etdim ki, o, tanınsın. Musiqisi mənimdir.Söz və musiqisini Alimlə birgə yazmışıq. Alimə zəng edin. O, mahnın mənim olduğunu sizə deyəcək”.

Daha sonra Alim Məmmədli ilə telefon bağlantısı yaradılıb. Müğənni də “Yaman darıxmışam” adlı mahnının özünə aid olduğunu bildirib:

“Mahının musiqisi və sözləri özümə aiddir. Anamla birgə yazmışıq. Əli Mirəliyev mənim müəlimimdir. Studiyada yazılan zaman yanımda olub. Birgə ifa etdik. Həmin mahnıya klipim də var. Əli Mirəliyevin adından istifadə edib məşhur olmağa ehtiyacım yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!