Azərbaycan Memarlar İttifaqının sədr müavini, professor Elçin Əliyev sosial şəbəkələrdə tənqid hədəfinə gəlib.
Yenisabah.az xəbər verir ki, professorun tənqidə tuş gəlməsinin səbəbi onun Azərbaycanda Anadolu türkcəsindən istifadəyə etiraz etməsi olub.
Elçin Əliyev bəzi reklamlarda Anadolu türkcəsindən istifadə edilməsini qınayıb. O eyni zamanda Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının yerli dilə etinasız yanaşdığını deyib. Marqarita pizza
“Həmişə əsəbləşirəm ki, nə üçün Bakıdakı türk iş adamları məqsədli şəkildə Azərbaycanın dövlət dilinə məhəl qoymurlar, xarici reklamlarda və elanlarda özlərinin doğma türk dilindən istifadə edirlər”, - deyə o bildirib.
Əlbəttə dövlət dilini qorumaq baxımından Elçin Əliyevin yazdıqlarını qəbul etmək olardı. Amma məsələ burasındadır ki, Bakıda Anadolu tükcəsindən istifadəni məqbul bilməyən professor bu fikirlərini rus dilində ifadə edib. Sosial şəbəkə istifadəçilərini hiddətləndirən də bu amil olub. O, tənqidlərdən sonra yazdıqlarını silib.
Məlumat üçün deyək ki, Elçin Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının sənətşünaslıq üzrə elmlər doktoru, memarlıq üzrə isə fəlsəfə doktorudur.
Telegram kanalımız