Prokuror: İntiharı rezonans hadisə kimi təqdim etməyin

saytların hazırlanması

Evə çatdırılma

Prokuror: İntiharı rezonans hadisə kimi təqdim etməyin

Hadisə

22 Dekabr 2023 12:19 609


Abşeron rayonunun prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov intiharların rezonans hadisə kimi təqdim edilməsini məqsədəuyğun saymır.

Yenisabah.az xəbər verir ki, o, azyaşlıların özünü binadan ataraq intihar etməsi cəmiyyətdə ciddi müzakirələrə səbəb olduğunu bildirib.

"Xırdalanda özünü binadan atan azyaşlıların bir-biri ilə əlaqəsi yoxdur. Onlar ayrı-ayrı məktəblərdə oxuyublar. İntiharların rezonans hadisə kimi təqdim olunması növbəti dəfə eyni cür özünəqəsdlərə gətirib çıxarır”, - deyə prokuror vurğulayıb. Toyuqlu pizza

Xatırladaq ki, bu ilin avqust-sentyabr aylarında Xırdalan şəhərində 3 yeniyetmə qızdan 2-si özünü eyni binadan ataraq intihar edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!