Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istədi

saytların hazırlanması

Evə çatdırılma

Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istədi

Siyasət

01 Sentyabr 2020 17:36 1285


Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam edirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəyib. Toyuqlu pizza

Qeyd edək ki, ittihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!