Prokurora qarşı sui-qəsd olundu - Evində bıçaqlandı…

saytların hazırlanması

Evə çatdırılma

Prokurora qarşı sui-qəsd olundu - Evində bıçaqlandı…

Dünya

02 Avqust 2025 09:24 404


İranın Rəfsəncan şəhərinin prokuroru Əlirza Məhəmmədi evində bıçaqlanıb.

Yenisabah.az xəbər verir ki, hadisə barədə Kerman əyalətinin prokuroru İbrahim Həmidi məlumat verib.

Məlumata görə, insident gecə saat 22:45 radələrində baş verib. Naməlum şəxs bəhanə ilə prokurorun evinə daxil olub və onu boyun və çiyin nahiyəsindən bıçaqlayıb. Cinayətkar hadisədən dərhal sonra qaçaraq izini itirib. pizza mizza

Prokurorun vəziyyəti və hadisənin motivləri ilə bağlı araşdırma aparılır. Hadisə ilə bağlı geniş istintaq başladılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!