Prokurorluq 2 nəfəri təqaüdə göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq 2 nəfəri təqaüdə göndərdi

Maraqlı

28 Noyabr 2022 16:21 791


Baş Prokurorluğun yüksək vəzifəli əməkdaşları təqaüdə göndərilib.

Yenisabah.az xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidməti məlumat verilib.

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun inzibati binasında qəbul edib. pizza hut

Qəbul zamanı Rauf Zeynalov “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan yubiley medalı, Müstəcəb Əliyev isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif etmiş və onlara hədiyyələr təqdim edilib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!