Prokurorluq 21 yaşlı oğlanın ölümü ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq 21 yaşlı oğlanın ölümü ilə bağlı məlumat yaydı

Kriminal

06 İyun 2022 16:00 1188


23 fevral 2022-ci ildə Tərtər rayon sakini 2001-ci il təvəllüdlü Elgün Qurbanlının qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış istintaqla, Tərtər rayon sakini. 2004-cü il təvəllüdlü İlkin Nəzərovun əyani olaraq tanımadığı Elgün Qurbanlı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

İlkin Nəzərov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. pizza sifarişi

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!