Prokurorluq 21 yaşlı qadının öldürülməsiylə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq 21 yaşlı qadının öldürülməsiylə bağlı açıqlama yaydı

Kriminal

27 İyul 2022 16:33 1276


İyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. pizza

Elton Layicov  şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!