Prokurorluq Ağdamdakı partlayışla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Ağdamdakı partlayışla bağlı məlumat yaydı

Hadisə

06 Aprel 2024 16:46 944


Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlaması nəticəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib. Sezar pizza

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!