Prokurorluq Cəlilabaddakı kütləvi zəhərlənməni araşdırır

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Cəlilabaddakı kütləvi zəhərlənməni araşdırır

Sosial

01 Mart 2019 15:35 741


Cəlilabad Rayon Prokurorluğu rayon ərazisindəki mağazada baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 28-də şəhər ərazisində yerləşən "GREEN STORE" mağazası işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırma aparılır.

Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub. pizza sifarişi

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!