Ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və prokurorluq işçilərinin peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib.
"Yeni Sabah"a daxil olan məlumata görə, tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində - Heydər Əliyev adına hava limanına gedən yolun Zığ qəsəbəsinin yaxınlığında 1 hektar ərazidə mindən artıq müxtəlif növ ağaclar əkilib.
Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən agacların küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb. pizza
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Telegram kanalımız