Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq əməkdaşları uşaq evlərini ziyarət etdi

Maraqlı

02 May 2023 20:24 828


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən kompleks tədbirlərin davamı olaraq, mayın 2-də prokurorluq əməkdaşları paytaxtda yerləşən uşaq və körpələr evlərini ziyarət edib.

Yenisabah.az xəbər verir ki, görüşdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin hər zaman uşaqlara böyük qayğı ilə yanaşması barədə uşaqlara danışılıb.

Ziyarət çərçivəsində, prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri, onların təlim-tədris proqramı ilə maraqlanıb, uşaqlara hədiyyə və dərs ləvazimatları təqdim edib. pizza hut

Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!