Prokurorluq Jurnalistlərin Binası ilə bağlı araşdırmaya başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Jurnalistlərin Binası ilə bağlı araşdırmaya başlayıb

Kriminal

27 May 2020 15:15 1651


Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. 

Yenisabah.az xəbər verir ki, müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılan jurnalistlərin Criminal.az-a verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.  Dominos pizza

Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istəyirlər.

Media işçiləri ölkə başçısına müraciətlərində qeyd olunurdu ki, Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə ona verilən vəzifədən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!