Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı

Hadisə

07 May 2024 23:51 787


Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Dördpendirli pizza

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!