Prokurorluq Nərminin qətliylə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Nərminin qətliylə bağlı açıqlama yaydı

Kriminal

21 Oktyabr 2021 15:45 1051


Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildiririb ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib. Toyuqlu pizza

"Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyildir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!