Prokurorluq qadının qətlə yetirilməsi ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq qadının qətlə yetirilməsi ilə bağlı məlumat yaydı

Kriminal

06 Aprel 2021 14:07 869


Aprelin 5-də saat 14 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini 1966-cı il təvəllüdlü Alıyeva Aybəniz Kavı qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi ilə bağlı  prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək Aybəniz Alıyevanın qəsdən öldürülməsi müəyyən edilib.

Şəmkir rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qohumu Tağıyev Rəşad İsmayıl oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Alıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Toyuqlu pizza

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rəşad Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!