Prokurorluq qardaşını baltalayan bacıyla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq qardaşını baltalayan bacıyla bağlı məlumat yaydı

Kriminal

06 Yanvar 2022 09:50 752


Astarada qardaşını baltalayan qadına cinayət işi açılıb. 

Bu barədə Yenisabah.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 5-i saat 10 radələrində Astara rayonu Təngərüd kənd sakini, 1982-ci il təvəllüdlü İlkin Qənbərova yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza sifarişi

Aparılan araşdırmalarla zərərçəkmişin bacısı, 1986-cı il təvəllüdlü Nadirə Qənbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında olan mübahisə ilə əlaqədar qeyd edilən tarixdə səhər saatlarında, həmin vaxt yatmış vəziyyətdə olan İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nadirə Qənbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!