Prokurorluq Ruhiyyə Şükürovanın  qətli ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq Ruhiyyə Şükürovanın  qətli ilə bağlı məlumat yaydı

Kriminal

01 İyun 2021 12:06 1098


Mayın 29-da Ruhiyyə Şükürovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenisabah.az-a Masallı Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla zərərçəkmişin əri Rövşən Orucovun arvadı ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı üzərində olan bıçaqla Ruhiyyə Şükürovanın bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Pepperoni pizza

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rövşən Orucov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!