Qeysəriyyə əməliyyatından sonra ölən ana ilə bağlı RƏSMİ MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Qeysəriyyə əməliyyatından sonra ölən ana ilə bağlı RƏSMİ MƏLUMAT

Hadisə

26 May 2021 17:10 839


Baş Prokurorluq Lənkəran rayonunda ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama verib.

Qurumun Mətbuat xidmətindən  Yenisabah.az-a verilən məlumata görə, mayın 26-da Lerik rayonunun Hücü kənd sakini Yaqubzadə Fəridə İlyas qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadənin mayın 25-də daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması, əməliyyatdan sonra ananın vəziyyətinin pisləşməsi və ertəsi gün saat 5 radələrində ölməsi müəyyən edilib. Pepperoni pizza

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!