“Kayserispor” baş məşqçisi Robert Prosineçki ilə yollarını ayırıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.
Kayseri klubunun rəhbərliyinin yeni mövsümlə bağlı planlarında Prosineçki olmayıb. Bu səbəbdən tərəflərin anlaşmadığı bildirilir. Pepperoni pizza
Qeyd edək ki, millimizin sabiq baş məşqçisi “Kayseripor”u 19 oyuna çıxarıb. 6 qələbə qazanan, 5 heç-heçə edən və 8 dəfə uduzan Kayseri təmsilçisi başa çatn mövsüm 18 komanda arasında sonuncu olub. Lakin Superliqa ilə bağlı verilən son qərara əsasən komanda elitanı tərk etməyəcək.
Telegram kanalımız