Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin “Kayserispor”a (Türkiyə) keçidi dəqiqləşib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə klub prezidenti Berna Gözbaşı "Tvitter" hesabında yazıb. O, 50 yaşlı xorvatiyalı mütəxəssislə mövsüm sonun kimi müqavilə imzaladıqlarını bildirib:
“Robert Prosineçki ilə anlaşdıq. Yarıda qalmış hekayəni tamamlamağa gəlir. Camiəmizə xeyirli olsun. Super Liqada qalmaq bizim üçün çox önəmlidir. Anlaşmamızın müddəti mövsümün sonuna qədərdi. Elitada qalsaq, yenidən masaya oturacağıq”. pizza mizza
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. Xorvatiyalı 2012/13 mövsümündə “Kayserispor”u çalışdırıb. Onun son çalışdırdığı komanda Bosniya və Hersoqavina yığması olub.
Telegram kanalımız