Prosineçki üçün növbəti “elçi“

saytların hazırlanması

Evə çatdırılma

Prosineçki üçün növbəti “elçi“

İdman

27 Dekabr 2019 08:37 994


Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yenidən Türkiyədə çalışa bilər.

"Yeni Sabah" "Fanatik"ə istinadən xəbər verir ki, onunla keçmiş klubu "Kayserispor" maraqlanır. Uğursuz nəticələrə görə Bülent Uyğunu istefaya göndərən Super Liqa təmsilçisinin rəhbərliyinin artıq 50 yaşlı xorvatiyalı ilə danışıqlar apardığı da deyilir.

Kayseri təmsilçisi 17 turdan sonra 10 xalla sonuncu pillədədir.   Dominos pizza

Qeyd edək ki, Prosineçki Avro-2020-nin seçmə mərhələsi başa çatandan sonra Bosniya və Herseqovina yığmasından istefaya göndərilib. O, 2012-2013-cü illərdə "Kayserispor"u, 2014-2017-ci illərdə isə Azərbaycanı millisini çalışdırıb. 

Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsindən sonra millimizin baş məşqçi postundan göndərilən xorvatiyalı Nikola Yurçeviçin yerinə onun həmyerlisi Prosineçkinin gətiriləcəyi deyilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!