"PSG Kapital İnvestisiya Şirkəti"nin 2023-cü ilin yanvar-avqust aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 818 əqd üzrə 91,1 milyon manat təşkil edib.
“Yeni Sabah”ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 24,1% və ya 28,9 milyon manat azalıb. Belə ki, 2022-ci ilin ilk səkkiz ayında “CPM-İnvest”in dövriyyəsi 120,1 milyon manat təşkil edib.
İnvestisiya şirkətinin birja əməliyyatlarının 3,11 milyon manatı repo, 18,9 milyon manatı dövlət qiymətli kağızlarının, 43,6 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 25,14 milyon manatı korporativ istiqrazların və 205,87 min manatı isə səhmlərin payına düşüb.
Xatırladaq ki, “PSG-Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,25 milyon manatdır. İnvestisiya şirkətinin səhmdarı 100% Faiq Məmmədovdur ("PSG Finans" MMC bank olmayan kredit təşkilatının 12,5%-lik təsisçisi).
Telegram kanalımız