Evdə qalanlar üçün mükəmməl tövsiyələr: ““WhatsApp”a göndərilən səslərə...”

saytların hazırlanması

Evə çatdırılma

Evdə qalanlar üçün mükəmməl tövsiyələr: ““WhatsApp”a göndərilən səslərə...”

Sağlamlıq

31 Mart 2020 17:14 2517


Aprelin 20-nə qədər Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib və bu gündən etibarən qaydalar daha da sərtləşdirilib. İnsanların qaydalara riayət etməməsi artıq onların küçəyə çıxmasına yasaq qoyulması ilə nəticələnib. Bəs insanların 1 aya yaxın müddətdə evdə qalmaları psixoloji problemlərə səbəb ola bilərmi? Yenisabah.az mövzu barədə psixiatr Orxan Fərəcli ilə söhbətləşib.

- Orxan bəy, aprelin 20-nə qədər müəyyən istisnalarla insanların küçəyə çıxması yasaqlanıb. Bunun hansısa psixoloji fəsadları ola bilərmi?

- Təbii ki, asan dövr deyil. Koronavirus pandemiyasının ilk günlərində sosial şəbəkədə yazmışdım ki, baş verənlər psixoloji probemi olan insanlardan daha çox olmayanlara təsir etdi. İndiki dövrdə isə mənzərə bir qədər dəyişib. İndi həm psixoloji problemi olanlar, həm də olmayanlar üçün çətindir və müşahidələr göstərir ki, bəzi insanlar artıq özlərini psixoloji cəhətdən narahat hiss etməyə başlayıblar. Bu da təbiidir. İllərdir ki, insanların oturuşmuş bir rejimi var idi. Qəbullandıqları müəyyən qaydalar, rituallar var idi ki, buna son qoyuldu. pizza hut

- Belə iddialar var ki, insanların adaptasiya dövrü keçmədən birdən-birə küçəyə çıxmaları yasaqlanması o qədər də doğru addım deyil...

- Doğrudur, insanlar adaptasiya dövrü keçməyib. Zatən bu mümkün deyil. İnfeksiyanın sürətli yayılmsı, miqyasının böyüməsi, hətta inkişaf etmiş dövlətlərin gücsüz qaldığı bir dövrdə bu cür qərarlar vermək zərurətdən doğur. Digər tərəfdən, xüsusi karantin rejimi tətbiq edildiyi ilk günlərdə, yəni, qaydalar daha da sərtləşdirilməmiş dövrdə insanlar özlərini buna hazırlaya bilərdi. Lakin görünür, vətəndaşlar problemin belə ciddi şəkil alacağını gözləməyib. Hər halda vəziyyətdən çıxış yolu var.

- Çıxış yolu nədir? Uzun müddət evdə qalmağın insanlarda psixoloji fəsadlara səbəb olmaması üçün hansı addımlar atılmalıdır?

- Ümumdünya Səhiyyə Təşkilatı(ÜST), Psixoloqlar Birliyinin tövsiyələri var ki, evdə qalma müddətində ən azından köhnə vərdişləri unutmamaq lazımdır. İnanlar məsələyə soyuqqanlı yanaşmalıdır. Darıxmamaq üçün ünsiyyəti virtual sistemə keçirmək lazımdır. Görüntülü danışıqlar etmək məsləhətdir. Məsələn, elə qohumlar, tanışlar var ki, uzun müddətdir əlaqə saxlamırsan. Onlara zəng etmək olar. İdman etmək tövsiyə edilir. Ən azı elementar gimnastik hərəkətlər etmək lazımdır. İdman həm immun sisteminin güclənməsinə, həm də psixoloji sabitliyi saxlamağa yardım edən faktordur. Kitab oxumaq, musiqi dinləmək, maraqlı filmlər izləmək olar. Lakin bunları eyni vaxtda, yaxud bir işi mütəmadi görmək də olmaz. Yəni, tutaq ki, bir gündə həm kitab oxumaq, musiqi dinləmək, film izləmək sonda insanı darıxdıra bilər. Yaxud yalnız kitab oxumaq, idman etmək bezidirici olar. Bunları növbəli şəkildə etmək daha məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, evdə qalmaq müddəti 1-2 gün deyil. İnsanlar 1 aya yaxın müddətdə küçəyə çıxmamalıdır. Bu halda məşğuliyyət elə formada təşkil olunmalıdır ki, bu müddətə qədər insan bezməsin.

- İndiki dövrdə neqativ yüklü filmlərin, musiqlərin, verilişlərin, xəbərlərin psixoloji fəsadlara yol aça bilərmi?

- Təbii. İndiki dövrdə isanların pozitivə yüklənməsi daha yaxşı olardı. Biz adi vaxtlarda da neqativ yüklü materiallara baxmağı, oxumağı tövsiyə etmirik. Sevindirici haldır ki, televiziyalarda pandemiya dövründə daha çox maarrifləndirici verilişlərə üstünlük verilir. Yaxşı olardı ki, insanlar sosial şəbəkələrdə yayılan neqativ yüklü, panikaya səbəb ola biləcək xəbərlərə diqqət yetirməkdən çəkinsinlər. Mən hətta pasientlərimə tövsiyə etmişəm ki, “WhatsApp”a göndərilən səslərə qulaq asmasınlar. Hətta həmin audiofaylda nədən bəhs edildiyini bilməsən belə onları açmamaq, qulaq asmamaq məsləhətdir. İndi həssas dövrdür. Təsəvvür edin, insanlar infeksiyaya qarşı dərman, vaksin gözləyir. Bir də görürsən, xəbər yayılır ki, koronavirusun dərmanı tapıldı. Açıb oxuyanda məlum olur ki, bu hələ nəzəriyyə şəklindədir. Bu, insanların psixologiyasına təsirsiz ötüşməyə bilər.

- Valideynlərə nə tövsiyə edərdiniz? Uşaqların bu rejimdə psixoloji problemlər yaşamaması üçün valideynlər nə etməlidir?

- Uşaq valideyn münasibətlərində əsas yük valideynin üzərinə düşür. Valideyn nə qədər çox həyəcanlıdırsa, bu uşağa mənfi, nə qədər soyuqqanlıdırsa, müsbət təsir göstərəcək. Birinci növbədə valideynlər soyuqqanlı olmağı bacarmalıdır. Bundan başqa, uşaqların da qatıla biləcəyi ailəvi oyunlar düşünə bilərlər. Uşaqların oynamasına imkan verilməlidir. Xüsusilə, məktəbli uşaqları yalnız dərslə yükləmək olmaz. Cizgi filminə, uşaqlar üçün nəzərdə tutulan filmlərə baxmalarına imkan verilməlidir.

Vidadi Məmmədov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!