PSJ “Barselona”nı səfərdə darmadağın etdi, “Liverpul” “Leypsiq”dən üstün oldu

saytların hazırlanması

Evə çatdırılma

PSJ “Barselona”nı səfərdə darmadağın etdi, “Liverpul” “Leypsiq”dən üstün oldu

İdman

17 Fevral 2021 02:05 1134


Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyunların iki matç keçirilib.

“Barselona” doğma meydanında ötən mövsümün finalçısı PSJ-ni qəbul edib. Ronald Kumanın komandası hesabı açsa da, qapısında 4 qol görüb. Kilian Mbappenin het-trik etdiyi görüşdə fransızlar böyükhesablı qələbə ilə növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib. pizza

Digər görüş isə koronavirusa görə Almaniyaya səfər edə bilməyən "Liverpul"la "Leypsiq" arasında Macarıstanda baş tutub. Budapeştdə sevinən tərəf nominal qonaqlar olub. İngilislər ikinci hissədəki vurduqları qollarla 1/4 finala bir addım yaxınlaşıb.

Qeyd edək ki, 1/8 finalın növbəti iki oyunu fevralın 17-də keçiriləcək. “Porto” “Yuventus”u, “Sevilya” Dortmund “Borussiya”sını qəbul edəcək.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

16 fevral 

00:00. “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) - 0:2

Salah, 53, Mane, 58

00:00. “Barselona” (İspaniya) - PSJ (Fransa) - 1:4

Messi, 28 (pen.) - Mbappe, 32, 65, 85, Kin, 70


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!