PSJ “Barselona”nın futbolçusu üçün 200 milyon avro ödəməyə hazırdır

saytların hazırlanması

Evə çatdırılma

PSJ “Barselona”nın futbolçusu üçün 200 milyon avro ödəməyə hazırdır

İdman

09 Mart 2024 16:30 988


İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal karyerasını Fransada davam etdirə bilər.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, PSJ 16 yaşlı vingerlə maraqlanır.

Paris təmsilçisi ispaniyalı oyunçuya görə 200 milyon avro ödəməyə hazırdır. Ölkə çempionu gənc futbolçunu yayda İspaniyanın "Real" klubuna keçəcəyi gözlənilən Kilian Mbappeyə əvəzləyici kimi görür. Toyuqlu pizza

Yamalın meneceri Jorje Mendeş bu həftə "Barselona"nın prezidenti Xuan Laporta ilə görüşüb və bu transferin mümkünlüyünü müzakirə edib. Kataloniya təmsilçisi isə onun satılmasının əleyhinədir.

Qeyd edək ki, Yamal cari mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!