PSJ-nin baş məşqçisi Kristof Qaltye komandadan ayrı düşüb.
Yenisabah.az-ın məlumatına görə, bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.
57 yaşlı mütəxəssis bugünkü məşqdə komandaya rəhbərlik etməyəcək. O, tibbi səbəblərdən hazırlıqdan kənar qalacaq. Sezar pizza
Hazırlıq prosesinə onun köməkçiləri Tyerri Oleksiyak və Joao Sakramento başçılıq edəcək. Qaltye sabahdan iş başına dönəcək.
Qeyd edək ki, PSJ-nin yayda baş məşqçisi ilə vidalaşacağı gözlənilir.
Telegram kanalımız