PSJ futbolçusuna 90 milyon avro qiymət qoydu

saytların hazırlanması

Evə çatdırılma

PSJ futbolçusuna 90 milyon avro qiymət qoydu

İdman

20 İyul 2024 16:27 720


PSJ 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi Xavi Simons üçün transfer qiyməti müəyyənləşdirib.

Yenisabah.az L`Equipe-ə istinadla xəbər verir ki, Paris təmsilçisi oyunçu üçün 90 milyon avro tələb edəcək. 

Hazırda niderlandlı futbolçu ilə "Bavariya" və "Mançester Yunayted" yaxından maraqlanır. Münxen klubunun Simonsla müqavilə imzalamaq şansının böyük olduğu vurğulanır. pizza mizza

Simons ötən mövsüm icarə əsasında “Leyptsiq”də çıxış edib. O, bütün yarışlarda 43 matça çıxıb, 10 qol vurub, 15 qolun ötürməsini verib. Futbolçunun Fransa klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!