PSJ Neymarı satmağa hazırdır

saytların hazırlanması

Evə çatdırılma

PSJ Neymarı satmağa hazırdır

İdman

17 İyun 2019 11:06 1152


Neymar bu yay PSJ-dən ayrıla bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fransanın dünyaca məşhur "L`Equipe" nəşri məlumat yayıb. Paris təmsilçisinin braziliyalı hücumçunu sata biləcəyi istisna olunmur. İddiaya görə, klub rəhbərliyi yaxşı təklif gələcəyi halda 27 yaşlı futbolçunu buraxmağa hazırdır.

Artıq Neymarın da yaxın ətrafına Fransada qalmaq istəmədiyi və komandadan getmək niyyətində olduğu barədə xəbərlər yayılıb. Hətta təcrübəli forvardın meneceri Pini Zahavinin oyunçunu İspaniyaya qaytarmaq üçün lazımı işlərə başladığı iddia olunur. Dördpendirli pizza

Qeyd edək ki, Neymarın 2022-ci ilin yayına qədər PSJ ilə müqaviləsi var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!