PSJ-nin sabiq futbolçusu “Qəbələ”də - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

PSJ-nin sabiq futbolçusu “Qəbələ”də - Rəsmi

İdman

30 Yanvar 2020 14:56 1114


Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

“Yeni Sabah” klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1.5 illik müqavilə imzalanıb.

Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-19-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib. Dominos pizza

Xatırladaq ki, “Qəbələ” bunadək qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!