PSJ-nin yetirməsi rəsmən “Qəbələ”də - Foto

saytların hazırlanması

Evə çatdırılma

PSJ-nin yetirməsi rəsmən “Qəbələ”də - Foto

İdman

04 Fevral 2020 14:20 893


“Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.

“Yeni Sabah” xəbər verir ki, qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan “qırmızı-qaralar” Nikolas Rayselin keçidini rəsmiləşdirib. 

Klubdan bildirilib ki, 27 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb. pizza mizza

Fransada anadan olan vinger PSJ klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən Raysel ardınca Sloveniyada “Çelye” (2013-2015), Belçikada “Union Sent Jiluaz” (2015-2017) klublarının formasını geyinib. 2017-ci ildə Belçikanın digər təmsilçisi “Ostende”yə keçən Nikolas 2018/2019-cu illər mövsümünü icarə əsasında “Rozelar”da çıxış edib. O, cari mövsümün ilk yarısında da “Ostende” formasını geyinib. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin U-21 millisində 1 matç keçirib, 1 qol vurub.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!