PUA hücumu Xəzər Boru Kəməri Konsorsiumunda neftin yüklənməsinə təsir etməyib – Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

PUA hücumu Xəzər Boru Kəməri Konsorsiumunda neftin yüklənməsinə təsir etməyib – Rəsmi

Dünya

25 Noyabr 2025 17:57 855


Qazaxıstan nefti Xəzər Boru Kəməri Konsorsiumu sisteminə normal iş rejimində yüklənir, gecə saatlarında PUA ilə baş verən hadisə yükləmə və nəqletmə prosesinə təsir etməyib.

"Yeni Sabah" interfax-a istinadla xəbər verir ki, bunu Qazaxıstan Energetika Nazirliyinin rəsmi nümayəndəsi Asel Serikpayeva bildirib.

O bildirib: "Hazırda Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumu sistemi vasitəsilə ixrac üçün nəqli və yüklənməsi normal iş rejimində, təsdiq edilmiş qrafikə uyğun olaraq həyata keçirilir". Toyuqlu pizza

Xatırladaq ki, Xəzər Boru Kəməri Konsorsiumu gecə saatlarında Ukrayna PUA-larının Novorossiyskə hücumu nəticəsində dəniz terminalının inzibati binasının zədələnməsindən sonra yük əməliyyatlarını dayandırıb.

Şəhərdə həyəcan siqnalı elan edildikdən dərhal sonra heyət sığınacaqlara təxliyə edildiyi üçün xəsarət alan olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!