Narkotik tərkibli həblərin oktyabrın 13-də Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Yenisabah.az Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, hadisə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində olub.
Külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. pizza hut
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən 980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız