Pul qazanmaq üçün Rusiyaya gedən azərbaycanlı məşhurlar

saytların hazırlanması

Evə çatdırılma

Pul qazanmaq üçün Rusiyaya gedən azərbaycanlı məşhurlar

Şou

26 Aprel 2021 14:57 1104


Pandemiya dövründə Rusiyaya köçən azərbaycanlı sənətçilərin sayı günü-gündən artır.

 Azərbaycanda toy şənliklərinin keçirilməsinə qadağa qoyulduqdan sonra bəzi yerli şou nümayəndələri çıxış yolunu Rusiyaya köçməkdə görüblər.

Yenisabah.az xəbər verir ki, ölkədən çıxan ilk müğənnilər Şəbnəm Tovuzlu və Damla olub. Onlar həmvətənlilərimizin toylarını idarə etmək üçün Rusiyaya dəvət aldıqlarını bildiriblər. Könül Kərimova artıq bir ilə yaxındır ki, Rusiyaya köçüb. Sənətçi hətta orada “Könül xına evi” adlı mərasim zalı açıb. pizza sifarişi

Əməkdar artist Elnarə Abdullayeva və Fədayə Laçın da Rusiyaya gedənlər arasındadır.

Əməkdar artist Mətanət İsgəndərli artıq bir neçə aydır ki, oğlu ilə birlikdə Rusiyaya köçüb. O, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən tez-tez toy mərasimlərinə dəvət edilir.

Aparıcı Sərxan Kərəmoğlu və müğənni Kərim Abbasov da Rusiyaya yollananlar arasındadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!