“Best model” gözəllik yarışmasının qalibi yenidən müzakirələrə səbəb olub.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramında qonaq olan birinci yerin qalibi Fatimə Nəzərli müzakirəyə çıxarılıb.
Ekspertlər modeldə hədsiz dolğu olduğunu bildirərək onu tənqid atəşinə tutublar. Marqarita pizza
Model xanım isə onların tənqidlərinə sərt cavab verib:
"Pulum var, özümə buraxıram və gözəlliyimə xərcləyirəm. Siz Anar dayı, neçənci ildə yaşayırsınız ki, belə fikirlər səsləndirirsiniz. Biz 2023-cü ildə yaşayırıq. Estetik müdaxilə olunmağımız normaldır".
Verilişdə ekspertlər və xanım iştirakçı arasında gərginlik yaşanıb.
Telegram kanalımız