“Pulunu ver, lap qabağında oynasın” –   Yazıçıdan  sərt açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Pulunu ver, lap qabağında oynasın” – Yazıçıdan  sərt açıqlama

Mədəniyyət

12 İyun 2025 09:31 2387


“Alim rep demir, ortaq bir ritm tutub səhnəyə çıxır, onu göstərir və düşür. O, intonasiyanın, ahəngin, ritmin mahir ustadıdır. Dəlilik həddində bilir və duyur. Bu heç”. 

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri yazıçı Şərif Ağayar Alim Qasımovun rep deməsi haqda tənqidlər fonunda deyib.

O, bildirib ki, Alim Qasımov rep oxusa belə eyib deyil. Fikrini belə əsaslandırıb: Dominos pizza

“Elton Con sahildə konset verib, pianosunu yandırdı, indi deyək, yüngüllük edib? 

Nəhayətində Alim də bir sənət, bir şou adamıdır. Rep də deyə bilər, meyxana da, lap yanıltmac da. 

Məsələ bunda da deyil. Məsələ Azərbaycanın məşhur sənət adamlarının əksəriyyətinin mahiyyətcə manıs olmasındadır: ictimai mövqeləri yox, kitab oxumurlar, pul-parasını, ev-eşiyini, orden-medalını ver, qabağında “İnnabı” oynasın... Bunun Manafı da belədir, Alimi də, Nəriman Həsənzadəsi də... Onurğası yoxdur Azərbaycan sənətçisinin. Amorfdur. Hər qaba doldura bilərsən. Bax əsl dərd budur. Bu dərdin qarşısında Alimin rep deməsi elə rep demək qədər əhəmiyyətsizdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!