Putin 3 naziri istefaya göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Putin 3 naziri istefaya göndərdi

Dünya

09 Noyabr 2020 12:54 1025


Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrix və təbii sərvətlər naziri Dmitri Kobılkin vəzifələrindən azad olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident Vladimir Putin müvafiq fərman imzalayıb.

Bundan əlavə, Nikolay Tsukanov Prezidentin Ural Federal Dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Sezar pizza

Tikinti naziri Vladimir Yakuşev vəzifəsindən azad edilərək Prezidentin Ural Federal Dairəsində səlahiyyətli nümayəndəsi təyin olunub.

Rusiya Prezidenti baş nazir müavinlərinin sayının 9-dan 10-a çatdırılması barədə də fərman imzalayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!