“Putin açıq şəkildə danışıqlardan yayınır” - Zelenski

saytların hazırlanması

Evə çatdırılma

“Putin açıq şəkildə danışıqlardan yayınır” - Zelenski

Siyasət

07 Sentyabr 2025 23:59 454


Tərəfdaşlarımızın Rusiyanın hücumlarına geniş reaksiya verməsi vacibdir.

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın paytaxt Kiyev daxil olmaqla, bir sıra şəhərlərə təşkil etdiyi kütləvi hücumlara dair "Telegram" kanalında etdiyi paylaşımda bildirib.

O bildirib ki, bu hücumlarla Rusiya Ukraynaya daha çox ağrı verməyə çalışır: Sezar pizza

"Bu, Putinin dünyanı sınağa çəkməsinin açıq göstəricisidir. O görmək istəyir ki, bunu qəbul edəcəklərmi, yoxsa dözəcəklərmi. Məhz buna görə də liderlərin, dövlətlərin və beynəlxalq qurumların bəyanatlarının Rusiyaya qarşı sanksiyalarla, Rusiya ilə əlaqəli şəxslərə qarşı tədbirlərlə, sərt tariflər və digər ticarət məhdudiyyətləri ilə müşayiət olunması vacibdir".

Ukrayna Prezidenti qeyd edib ki, Putin danışıqları istəmir, açıq şəkildə bundan yayınır, buna görə də Rusiyanın yanacaq çatışmazlığı və digər iqtisadi problemləri atəşkəsə və ya liderlər səviyyəsində görüşə razılaşmaqdan imtinanın məntiqli cavabıdır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!