Putin anti-Rusiya sanksiyalarının sayını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Putin anti-Rusiya sanksiyalarının sayını açıqladı

Dünya

18 Mart 2025 17:05 316


Rusiyaya əleyhinə 28 595 sanksiya tətbiq edilib və bu say digər ölkələrə qarşı tətbiq edilən sanksiyalardan dəfələrlə çoxdur.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı “jest” edilsə və sanksiyalar yumşaldılsa belə, Rusiyaya “təzyiq göstərməyin” başqa yolu tapılacaq: "Heç nə əvvəlki kimi olmayacaq". pizza sifarişi

Putin qeyd edib ki, yerli sahibkarlar sanksiyalar altında işləməyi öyrənib və onlara uyğunlaşan məhdudiyyətlər iqtisadiyyatda müsbət dəyişikliklərin katalizatoru olub.

Putin hesab edir ki, sanksiyalar müvəqqəti və ya məqsədyönlü tədbirlər deyil, Rusiyaya sistemli təzyiq mexanizmidir.

O, biznesi Rusiyaya qarşı sanksiyaları müvəqqəti tədbirlər kimi qəbul etməməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!