Putin atdan yıxıldı! - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Putin atdan yıxıldı! - VİDEO

Hadisə

28 Mart 2021 08:10 2974


Rusiya Prezidenti Vladimir Putin  Krasnodar ippodromunun nümayəndələri ilə görüşündə atlara olan sevgisindən və məşq zamanı atdan necə yıxıldığı haqqında söz açıb.

“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, Putin görüş zamanı  atları sevdiyini, sadəcə indi təsadüf hallarda at sürdüyünü   və at sürməyi necə öyrənməsi barədə xatirələrini danışıb. “Bir dəfə  məşq zamanı məni çəkirdilər və elə oldu ki, at birdən  baryerin qarşısında dayandı.  Bu zaman mən elə bir salto etdim ki, bu sadəcə real salto idi”-Putin qeyd edib.

Putin əlavə edib ki,  məni çəkən operatora çəkdiyi videonu saxlamağı təklif etdim:  “Ondan ilk dəfə  idi ki, belə bir cavab eşitdim: dərhal siləcəm, dedi”. pizza hut

Putin onu da əlavə edib ki,  atdan yıxıldığım yer  yumşaq torpaq  olduğundan və  ağac yonqarı töküldüyündən "yıxılmağım yetərincə rahat oldu." 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!