Putin azərbaycanlı alimi, keçmiş partiya sədrini təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin azərbaycanlı alimi, keçmiş partiya sədrini təltif etdi

Dünya

23 Mart 2026 15:32 1363


Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru Vaqif Kərimovu təltif edib.

"Yeni Sabah" xəbər verir ki, Putinin imzaladığı fərmanla Vaqif Yunus oğlu Kərimov Rusiya Federasiyasının "Əməkdar Elm Xadimi" fəxri adına layıq görülüb.

V. Kərimov 1949-cu ildə Bakıda doğulub. Geologiya və mineralogiya elmləri doktoru və professor olan Kərimov geologiya, neft və qaz kəşfiyyatı sahəsində aparıcı alimdir və 50 ildən artıqdır ki, elmi və pedaqoji fəaliyyətlə məşğuldur. Pepperoni pizza

Karyerası ərzində Sovet İttifaqı və Rusiya Federasiyası universitetlərində rəhbər vəzifələrdə çalışıb, o cümlədən İ.M. Qubkina adına Rusiya Dövlət Neft və Qaz Universitetində Neft və qaz kəşfiyyatı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri (2009-2018) vəzifəsini tutub. 2017-ci ildən indiyədək isə Moskvadakı Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri vəzifəsində çalışır.

Kərimov 1992-ci ildə AMİP rəhərliyində olub, 1993-cü ildə bir qrup AMİP üzvü ilə partiyanı tərk və Azərbaycan Demokratik İstiqlal Partiyasını (ADİP) təsis edib.

2010-cu ildə keçirilmiş parlament seçkilərində namizəd olan V.Kərimov daha sonra partiya rəhbərliyindən çəkilib və siyasi qurumu müavini Şöhrət İsmayıla təhvil verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!